Mirzoyan Klaarla sərhədi müzakirə edib
03.06.2022
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan AB-nin xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.
"DM" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Ararat Mirzoyan AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə sərhədlərin delimitasiyası və təhlükəsizliyi, kommunikasiyaların bərpası üzrə komissiyanın işi ilə bağlı fikir mübadiləsi aparıb”, - məlumatda qeyd olunub.
Mirzoyan Klaara Ermənistanın regional sülh, sabitlik və Qarabağda münaqişənin həlli ilə bağlı mövqeyini təqdim edib və bildirib ki, bu kontekstdə ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mandatı çərçivəsində işi bərpa etmək vacibdir.