Türkiyənin “Hürkuş" təlim təyyarəsi Azərbaycana təklif olunub
03.06.2022
Türkiyənin hərbi təlim və yüngül qırıcı təyyarəsi "Hürkuş” Azərbaycana təklif olunub.
"DM"-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, "Türk Havaçılıq və Kosmik Sənaye” şirkətinin (TUSAŞ) baş direktoru Temel Kotil bildirib ki, artıq "Hürkuş”-un ixracatına başlayıblar, bu il üçün sifarişləri var.
"Hürkuş” təlim təyyarəsinin bir çox üstün xüsusiyyətləri olduğunu vurğulayan TUSAŞ baş direktoru deyib ki, Azərbaycanın da bu təlim təyyarəsini almasını istəyərlər: "Azərbaycanın hələlik sifarişi yoxdur, ancaq olmasını gözləyirik. Belə sifariş olsa, çox yaxşı olar. Bizə sifariş verənlərə tək təlim təyyarəsi vermirik, eyni zamanda onlar üçün bu sahədə mütəxəssislər yetişdiririk. Məsələn, Nigeriya üçün belə mütəxəssislər yetişdiririk, bununla bağlı həmin ölkədə ofis açmışıq”.