Lavrovun Türkiyə səfərində hərbi mövzular da gündəmdə olacaq
02.06.2022
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri zamanı nümayəndə heyətinin tərkibində Müdafiə Nazirliyinin nümayəndələri də olacaq.
Bu barədə Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.
O, Lavrovun Türkiyə səfərində hərbi mövzuların da gündəmdə olacağını vurğulayıb.
"İndi bizim təmaslarımız olacaq, danışıqlar çox vacibdir. Lavrov ora görüşlər üçün gedir. Orada hərbi komponent də olacaq, Müdafiə Nazirliyindəki həmkarlarımız türk həmkarları ilə... Düşünürəm ki, bütün bu məsələlər müzakirə olunacaq və aydınlaşdırılacaq”, - rusiyalı diplomat qeyd edib.
Boqdanov iki nümayəndə heyətinə xarici işlər nazirinin rəhbərlik edəcəyini əlavə edib.
Rusiya XİN başçısının müavini Türkiyə ilə təmaslara qədər Ankaranın Suriyadakı hərbi əməliyyatı ilə bağlı spekulyasiya etməməyə çağırıb.