03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Tullantılara görə bu şirkətlər cərimələndi

21.09.2018

"Son 3 ay ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "qaynar xətti”nə tullantıların düzgün idarə olunmaması ilə bağlı 77 müraciət daxil olub. 16 tikinti obyekti üzrə araşdırmalar aparılıb və tədbirlər görülüb”.
"Dövran Media" xəbər verir ki, bunu nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva söyləyib.
O bildirib ki, tullantıların düzgün idarə olunmamasına görə "Azadlıq Residence” MMC, "Cavid-2016” MMC, "Elite City” MMC barəsində protokollar tərtib edilərək inzibati məsuliyyətə cəlb olunublar.
"Eyni zamanda "Bina” MTK, "Bizim Ev” MMC, "Pilot-İnşaat A” MMC, "Retro Holding” MMC, "Azəri Tikinti Şirkəti” MMC, "İlk İnşaat Taahhüt Sanayi və Ticarət Anonim” Şirkəti, "Grand Plaza” MMC, "Malibo” MMC, "Araz-2011A” MMC, "N-Turan” MMC, "Kəmər İnşaat” MMC, və fiziki şəxslərə icrası məcburi olan göstərişlər verilib.
Heç kimin belə fikri yoxdur ki, tikintilər dayandırılsın, karxanalar olmasın. Bu, mümkün deyil. Şəhərimizdə böyük tikinti işləri aparılır, şəhərimiz gözəlləşir, bunlar göz gabağındadır. Lakin bu gözəl işlər, gərək əhalimizin səhhətinə mənfi təsir göstərməsin. Məqsədimiz ondan ibarətdir ki, istənilən fəaliyyət qəbul olunmuş ekoloji normativlərə uyğun aparılsın. Olmaz ki, həm abadlaşma, tikinti işləri aparılsın, həm də insanların rahatlığına, sağlamlığına zərər gəlməsin?! Əlbəttə ki olar. Buna görə müxtəlif qoruyucu texnologiyalar mövcuddur. Bu sahədə çalışan şəxslər öz fəaliyyətlərini qəbul olunmuş ekoloji normalara uyğun qurmalıdırlar”.
U.Tağıyevanın sözlərinə görə, nazirlik tərəfindən bu məsələyə ciddi nəzarət var.
"Buna görə də qısa müddətdə bu sahədə artıq dönüş yaranmalıdır. Və dediyimiz kimi qabaqcıl ölkələrdə istifadə olunan texnologiyalar bizdə də tətbiq olunmalıdır. Hər bir ölkə vətəndaşının təmiz ətraf mühitdə yaşamaq hüququ var".