ABŞ və Britaniyadan Türkiyə ilə bağlı çağırış
02.06.2022
ABŞ və Böyük Britaniya NATO-ya üzvlüklə bağlı Ankaranın narahatlığını təmin etmək üçün İsveç və Finlandiyaya çağırış edib.
Bu barədə "Hürriyet” qəzeti məlumat yayıb.
"NATO Parlament Assambleyasının Litvada keçirilən iclasının gündəliyində duran əsas məsələ İsveç və Finlandiyanın NATO-ya üzvlüyü olub. ABŞ və İngiltərə Türkiyənin həssaslığını təmin etmək üçün İsveç və Finlandiyaya çağırış edib. İclasda iştirak edən əksər nümayəndələr Türkiyənin tələblərini haqlı hesab etdiklərini bildiriblər. İclas zamanı NATO-nun ali rəhbərliyi də Türkiyənin tələblərinin haqlı olduğunu bəyan edib”, - məlumatda deyilir.