Nazir: "Türkiyə-Azərbaycan birgə universitetin yaradılması ilə bağlı işlər görmüşük"
02.06.2022
"Türkiyə-Azərbaycan arasında olan dost və qardaş münasibətləri hər sahədə olduğu kimi, təhsil sahəsinə də siraət edir”.
"DM" xəbər verir ki, bunu Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır: "Bu digər ölkələrdə təhsil alan azərbaycanlı tələbələrdən 5-6 dəfə çoxdur. Son aylar ərzində Türkiyə-Azərbaycan arasında birgə universitetlərin yaradılması sahəsində işlər görmüşük. Bu, təhsil əməkdaşlığı sahəsinin çox şanlı sahəsi olacaq”.