Britaniya da Kiyevə M270-lər göndərəcək
02.06.2022
London Ukraynaya uzaq məsafədəki hədəfləri vuran raket sistemləri verəcək.
"DM" xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.
"Britaniya Ukraynaya 80 kilometr məsafədəki hədəfləri vura bilən M270 buraxılış sistemlərini göndərəcək. Bu addım ABŞ-ın Ukraynanı HIMARS qurğusu ilə təmin etmək qərarına uyğun olaraq atılıb. M270 Britaniyanın Ukraynaya hədiyyə edəcəyi çoxlu raket sistemindən biridir. London daim Ukraynanın yanındadır", - o bildirib.