Rəisi Paşinyanla sərhədi müzakirə edib
02.06.2022
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
"DM" xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, onlar regional kommunikasiyaların açılması, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesinin başlanması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Ölkə rəhbəri qarşılıqlı rəsmi səfərlər barədə razılığa gəliblər.