Fəxrəddin Abbaszadəyə ermənilərdən dəstək
21.09.2018
Ermənistanda bir qrup alim Moskva vilayətində Azərbaycan qarşı separatçılıq edən Fəxrəddin Abbaszadəyə Ermənistan vətəndaşlığının verilməsi üçün baş nazir Nikol Paşinyana müraciət edib. Ermənistan KİV-də verilən məlumata görə, onlar Ermənistan Respublikası və erməni xalqı qarşısında xidmətləri, həmçinin Azərbaycan əleyhinə dövri mətbuatda yazdığı məqalə və açıqlamalarına Fəxrəddin Abbaszadəyə vətəndaşlıq verilməsini təklif ediblər.
Müraciəti ünvanlayanlar arasında Ermənistanın Kanadadakı keçmiş səfiri, "Modus Vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyan, keçmiş deputat Araqats Axoyan, BMT-nin eksperti, "Noravank” fondunun vitse-prezidenti Ara Marcanyan, politoloq Qrayr Ulubabyan, Ermənistan Yezidlərinin Milli İttifaqının sədri Əziz Tamoyan, "Arevelk” analitik mərkəzinin rəhbəri Karen Sirunyan, "Ayq” psixoloji mərkəzinin direktoru Varujan Melkonyan, yazıçı Movses Akopyan, jurnalist Natalya Oqanova, əməkdar artist Razmik Xosroyev, ekoloq Karine Danielyan və daha 12 professor var.