İsveçrə Ukraynaya silah verilməsinə qadağa qoyub
01.06.2022
İsveçrə hökuməti Danimarkanın İsveçrə istehsalı olan zirehli transportyorların Ukraynaya göndərilməsi xahişini rədd edib.
"DM" xəbər verir ki, bu barədə "Röyters” məlumat yayıb.
"İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi Danimarkanın Ukraynaya 20-yə yaxın "Piranha III” piyada döyüş maşınının tədarükü ilə bağlı müraciətini rədd edib. Buna səbəb kimi isə ölkənin neytrallıq siyasəti əsas gətirib”, - məlumatda deyilir.