21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Patruşev: “ABŞ korporasiyaları Avropa qaz bazarının bir hissəsini nəzarətə götürüb”

31.05.2022

ABŞ korporasiyaları və bankları Ukraynadakı vəziyyət fonunda Avropa qaz bazarının bir hissəsini nəzarətə götürüblər.

"DM"-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kazanda Volqa ətrafı regionun milli təhlükəsizliyinin təminatına dair müşavirədə çıxışı zamanı bildirib.

"ABŞ-ın korporasiyaları və bankları Avropaya sürətli ekspansiyanı həyata keçirərək, artıq Avropa qaz bazarının bir hissəsini nəzarətə götürüblər. Amerika kapitalının yarımkeçiricilər sektoruna və digər yüksək texnologiyalı sənayelərə axını da artıb", - deyə RF Təhlükəsizlik Şurasının katibi qeyd edib.

Patruşev ABŞ-ın Rusiya və Ukrayna arasında qızışdırılmış münaqişədən öz siyasi və iqtisadi problemlərini həll etmək üçün istifadə etdiklərini söyləyib: "Təhlükəsizlik sahəsində konstruktiv dialoqdan qəti şəkildə imtina edən ABŞ və onun müttəfiqləri Ukraynada hərbi gərginliyin artmasına, Donbassda münaqişənin qızışmasına və Rusiyanı onun içərisinə çəkməsinə hər cür töhfə verdi”.

Patruşev hesab edir ki, başlanmış qlobal anti-Rusiya kampaniyası sübut edir ki, Ukrayna Qərb üçün açıq şəkildə Rusiyanı zəiflətmək və təcrid etmək məqsədi daşıyan hibrid müharibəyə başlamaq üçün bəhanə olub: "Bu niyyətlər 2022-ci ilin fevralından çox əvvəl yaranıb və Rusiya Federasiyasının hərəkətlərindən asılı olmayaraq həyata keçirilə bilərdi. Rusiya 2014-cü ildə Ukraynada dövlət çevrilişindən sonra səkkiz il ərzində vəziyyəti sülh yolu ilə həll etmək üçün əlindən gələni etdi. Bununla belə, bütün səylərimiz boşa çıxdı".

O qeyd edib ki, Amerika elitası çoxqütblü dünyanın yaranması ilə barışa bilmir və bütün gücü ilə qlobal hegemonluğunu qorumağa çalışır: "Rusiya və Ukrayna arasında ABŞ-ın təhrik etdiyi və qızışdırdığı münaqişə amerikalılar tərəfindən bir sıra siyasi və iqtisadi vəzifələrini həll etmək üçün istifadə olunur. Bu vəzifələrə Rusiya ilə Avropa İttifaqı arasında ticarət, iqtisadi, siyasi və mədəni əlaqələrin qırılması, NATO daxilində müttəfiq nizam-intizamının artırılması, alyansın avropalı üzvlərinin hərbi xərclərinin artırılması, həmçinin Finlandiya və İsveçin bloka cəlb edilməsi, Ukrayna rejiminə silah tədarükü ilə Amerika hərbi-sənaye kompleksi üçün əlavə gəlir əldə etmək daxildir. ABŞ bu şəkildə hərəkət etməklə aparıcı Avropa dövlətlərinin təsirini zəiflətməklə yanaşı, qlobal dominantlığını gücləndirməyi ümid edir. Vaşinqton öz problemlərini başqalarının hesabına həll etməyə öyrəşib. Böyük qazanc əldə etmək lazım gələndə ABŞ-da necə davranacaqları ilə bağlı şübhə yaranmır”.

Patruşev amerikalıların həyata keçirdiyi siyasətin, o cümlədən Rusiyaya qarşı başlayan iqtisadi müharibənin dünya iqtisadiyyatında sabitliyi pozduğunu, qlobal iqtisadi və ərzaq böhranına səbəb olduğunu vurğulayıb.