Putin orduya vaxt verib
31.05.2022
Rusiya Prezidenti Vladimir Putin ordunun qarşısına müvafiq olaraq iyunun 1-dən iyulun 1-dək Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə çatmağı tapşırıb.
"DM" xəbər verir ki, bu barədə Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən "Kanal 24” məlumat yayıb.
"Kremlin planlarına görə ilkin olaraq bütün Luqansk vilayəti ələ keçirilməlidir. Donetskdə vəziyyət ruslar üçün daha çətin olduğundan onun tutulması üçün iyulun 1-nə qədər vaxt verilib”, - məlumatda deyilir.