Lukaşenko: Bizdə alınmadı, Ukraynada reallaşdırdılar
31.05.2022
Qərbin Belarusda alınmayan ssenarisi Ukraynada həyata keçirilir.
"DM" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Ukraynaya baxanda başa düşürük ki, orada bizim torpaqlarımızda həyata keçirilməyən bir ssenari cərəyan edir. Başımıza nə gətirmək istədiklərini öyrənmək istəyirsinizsə, zəhmət olmasa, Ukraynaya baxın”, - Lukaşenko bildirib.