İraqda su altında qədim şəhər aşkarlanıb
31.05.2022
İraqda su anbarı quruduqca qədim şəhər ortaya çıxıb.
"DM" xəbər verir ki, bu barədə "Sayəns Alert” məlumat yayıb.
Məlumata görə, İraq son aylar şiddətli quraqlıqdan əziyyət çəkir:
"Bunun nəticəsində Mosul su anbarı çox dayazlaşıb və onun yerində yaşı 3400 il olan qədim şəhər görünməyə başlayıb. Şəhər tunc dövrünə aid saray və bir neçə digər böyük tikilidən ibarətdir”.
Alimlər hesab edirlər ki, xarabalıqlar eramızdan əvvəl 1550-1350-ci illərdə Dəclə çayının sahilində çiçəklənən Mittani imperiyasının mərkəzi olan qədim Zakiku şəhəri ola bilər.