21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Simonyan:"Qarabağ Azərbaycan deyil” deyə bilmərəm

31.05.2022

Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni hökumətinin Qarabağı Azərbaycanın bir hissəsi kimi görmədiyini deməkdən imtina edib.

"DM" xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

"Mən belə bir şeyi deyə bilmərəm, çünki danışıqlar prosesi gedir. Bu bəyanatla mən həm danışıqlardakı erməni tərəfini, həm də bütün danışıqlar prosesini fakt qarşısında qoymuş olaram”, - Simonyan bildirib.

İyunun 3-də erməni müxalifəti parlamentin növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. İrəvan müxalifəti bildirir ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməyəcək. Paşinyanın Mülki Müqavilə Partiyası artıq bu iclasda iştirak etməyəcəyini bəyan edib.