İsrail və BƏƏ arasında tarixi razılaşma
31.05.2022
İsrail və BƏƏ arasında "Azad ticarət” sazişi imzalanıb.
"DM" xəbər verir ki, bu barədə İsrailin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Əmir Hayek Tvitter hesabında yazıb.
Razılaşmaya əsasən, iki ölkə arasında ticari məhsulların 96 faizi gömrük rüsumlarından azad olunacaq.