Türkiyədə azərbaycanlı idmançı öldürülüb
31.05.2022
Türkiyənin Çanaqqala şəhərində iki qrup arasında mübahisə ölümlə nəticələnib.
"DM" xəbər verir ki, Lapsekidə yerləşən futbol meydançasında oyun növbəsinə görə iki qrup arasında mübahisə baş verib. Qrup üzvləri axşam saatlarında barışmaq üçün kafedə bir araya gəliblər. Amma yenidən mübahisə yaranıb.
Bu zaman qarışıq döyüş növləri ilə məşğul olan Azərbaycan vətəndaşı İlkin Eminov bıçaq xəsarətləri alıb. Ağır vəziyyətdə Lapseki Dövlət Xəstəxanasına çatdırılan 28 yaşlı İlkin Eminov həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.