Britaniya: Rusiya bu ərazilərdə uğur qazanıb
31.05.2022
Liman şəhərinin ələ keçirilməsi Rusiyanın Ukrayna Silahlı Qüvvələrini mühasirəyə almaq planını göstərir.
"DM" xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin yaydığı hesabatda qeyd olunub.
Bildirilib ki, hazırda Luqansk vilayətinin atəşə tutulması davam edir, Severodonetskin ətrafında küçə döyüşləri gedir:
"Rusiyanın siyasi məqsədi Donetsk və Luqansk vilayətlərinin bütün ərazisini işğal etməkdir. Bu məqsədə çatmaq üçün Rusiya Severodonetskdən kənarda, o cümlədən Kramatorsk və M04 Dnepr-Donetsk magistralında da uğur qazanmalıdır. Rus ordusunun irəliləyişi çox yavaşdır, amma uğurları var. Rusiya nisbətən kiçik ərazilərə qüvvələr yeritməklə lokal uğur qazanıb. Lakin bu, Rusiyanı başqa ərazilərdə riskə getməyə məcbur edir”.