Rusiyanın hərbi gəmiləri geri çəkilib
31.05.2022
Rusiya qoşunlarının bir neçə gəmisi işğal olunmuş Krım bölgəsinə geri çəkilib. Hazırda Qara dənizdə qanadlı raket daşıyıcısı olan cəmi bir gəmi var.
"DM" xəbər verir ki, bunu Odessa regional hərbi administrasiyasının spikeri Sergey Bratçuk deyib.
"Ukraynanın müttəfiqlərindən ağır silahlar alması Rusiyada çaxnaşma yaradır. Eyni zamanda, Ukraynada həlak olan rus işğalçılarının sayı da artıb. Məsələn, Ussuriyskidə (Rusiya) yerli administrasiya qəbiristanlıqda "xüsusi əməliyyat” iştirakçılarının dəfn edilməsi üçün əlavə 100 yer istəyib”, - o bildirib.