Qayday: Bu şəhər tam işğal olunmayıb
31.05.2022
Severodonetskin mühasirəyə alınması təhlükəsi yoxdur.
"DM" xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.
"Mən mühasirəyə düşmə riskinin olduğunu düşünmürəm. Lisiçanska geri çəkilmək imkanı hələ də qalır, ona görə də hərbçilərin mühasirəyə düşmə təhlükəsi yoxdur”, - o bildirib.
Qayday qeyd edib ki, şəhərin bir hissəsi rus qoşunlarının nəzarətindədir:
"Bir neçə gün əvvəl onlar bildirdilər ki, bütün şəhəri ələ keçiriblər. Bu doğru deyil. Orada bizim uşaqlar var. Üstəlik, orada onlara müqavimət göstərirlər. Yəni ruslar orada sərbəst hərəkət edə bilmirlər. Amma ruslar Severodonetsk ətrafını, xüsusən də ətraf kəndləri "təmizləmək” üçün əməliyyat keçirməyi planlaşdırırlar".