Xarici diplomatlar Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi ilə tanış olublar
31.05.2022
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi ilə tanış olublar.
"DM" "Report”-a istinadən xəbər verir ki, tikinti işlərinin 2024-2025-ci illərədək tamamlanması planlaşdırılır.
Yol istifadəyə verildikdən sonra Toğanalıdan İstisuyadək gediş müddəti 45 dəqiqə - 1 saat təşkil edəcək.