Kalın Sallivanla Ukrayna böhranını müzakirə edib
30.05.2022
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla telefon əlaqəsi saxlayıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər regional məsələləri müzakirə edib, həmçinin iqtisadiyyat, enerji və müdafiə sənayesi sahələrində əməkdaşlığın artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Bundan başqa, Ukraynada müharibənin uzanmasının ərzaq və enerji təhlükəsizliyinə, qlobal iqtisadiyyata mənfi təsir göstərdiyi qiymətləndirilib.