Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım edib
28.05.2022
Birinci vitse-prezident Mehriban Əliyeva 28 May – Müstəqillik Günü münasibətilə rəsmi "Instagram” hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Bütün Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”