Lavrov: Türkiyə buna biganə qala bilməz
28.05.2022
ABŞ ordusu Suriyada Fərat çayının şərq hissəsində çox böyük bir ərazini işğal edib.
"DM" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Orada qondarma dövlət qurmağa çalışırlar, ölkənin bölünməsini dəstəkləyirlər. Bu vəziyyət bölgədə gərginliyə səbəb olur. Təbii ki, Türkiyə bunlara biganə qala bilməz. Biz bu problemlərin Suriyanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət çərçivəsində həll olunmasını istəyirik”, - XİN başçısı bildirib.