Tramp yenə təhdid etdi: Bizsiz yox olacaqsınız
20.09.2018
OPEK təcili olaraq neftin qiymətlərini endirməlidir.
"Dövran Media" xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb.
"Biz Yaxın Şərq ölkələrini müdafiə edirik. Onlar bizsiz uzun müddət təhlükəsizlikdə ola bilməzlər. Bununla belə, onlar neftin qiymətlərini artırmağa davam edirlər. OPEK monopoliyası dərhal qiymətləri aşağı endirməlidir”, - o bildirib.