Füzuli və Ağdamla bağlı 18 milyon manatlıq tenderlərə yekun vurulub
27.05.2022
"Azərişıq” ASC Füzulidə Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, ikidövrəli kabel xəttinin çəkilməsi (1), eləcə də Ağdamda Transformator Məntəqəsinin tikintisi, avadanlıqların quraşdırılması və ikidövrəli kabel xəttinin çəkilməsi (2) ilə bağlı elan etdiyi iki açıq tenderə yekun vurub.
"DM” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq "Enerji Construction” və "Smart Energy Services” MMC-lərdir.
Qalib şirkətlərə 6,612 milyon manat və 11,638 milyon manat, ümumilikdə isə 18,25 milyon manat ödəniləcək.