İranda kütləvi etirazlar yenidən başqa şəhərlərə sıçrayır
27.05.2022
Xuzistan vilayətinin Abadan şəhərində məsul şəxslərin səriştəsiz idarəçiliyinə qarşı başlayan etiraz aksiyaları yenidən başqa əyalətlərə yayılır.
"Azad İran” "Telegram” kanalının məlumatına görə, mayın 25-i və 26-na keçən gecə Abadan, Xorrəmşəhr, Hormozqan əyalətinin mərkəzi Bəndər-Abbas şəhərlərindən başqa, Şahinşəhr və Behbahan şəhərlərində də kütləvi etiraz aksiyaları başlayıb.
Etirazçılar hökumət rəsmilərinə qarşı ənənəvi şüarlar səsləndirməklə yanaşı, "Vilayət-e fəqih hakimiyyətinə ölüm olsun”, "Xamenei qatildir, hakimiyyəti batildir” kimi birbaşa Əli Xameneiyə qarşı şüarlar səsləndiriblər.