Bu gün əfv sərəncamı imzalanacaq
27.05.2022
Bu gün 28 May - Müstəqillik Günü münasibətilə əfv sərəncamı imzalanacaq.
"DM! xəbər verir ki, bu günə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının keçirdiyi iclaslar başa çatıb.
Ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb. Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunub.
Dövlət başçısı 28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacaq.