Tokayevdən tapşırıq: Rus biznesinə kömək edin!
26.05.2022
Qurumlara Astana Beynəlxalq Maliyyə Mərkəzinin ərazisində fəaliyyət göstərən Rusiya biznesinə maksimum üstünlük verməyi tapşırmışam.
Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.
"Bir daha hər kəsi mərkəzin işinə daha yaxından baxmağa dəvət edirəm. Bundan başqa, Rusiyadan Qazaxıstana 200-dən çox sahibkar gəlib və mərkəzin ərazisində məskunlaşıb. Mən bütün aidiyyəti qurumların rəhbərlərinə rusiyalı sahibkarlar üçün ən əlverişli rejim yaratmalarını tapşırdım. Onlara miqrasiya rejimindən tutmuş digər məsələlərin həllinə qədər bütün lazımi şərait yaradılacaq”, - Tokayev bildirib.