İtaliya Mişustinə verdiyi ordeni geri alıb
26.05.2022
İtaliya Prezidenti Sercio Mattarella Rusiya Baş naziri Mixail Mişustini və sənaye və ticarət naziri Denis Manturovu dövlət mükafatlarından məhrum edib.
"DM" xəbər verir ki, İtaliya Prezidentinin bununla bağlı fərmanı "Gazzetta Ufficiale” rəsmi qəzetində nəşr olunub.
Bildirilib ki, onların mükafatları layiq olmadıqları üçün geri alınıb. Mattarellanın bu qərarı İtaliya Xarici İşlər Nazirliyi təklifi və Romanın Rusiyadakı səfirliyinin məsləhəti ilə verdiyi bildirilib.
Qeyd edək ki, Mişustin və Manturov 2020-ci ilin mayında İtaliyanın Böyük Xaç Kavaleri ordeninə layiq görülmüşdülər.