Ərdoğan Makronla müzakirə aparıb
26.05.2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
"DM" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Telefon danışığı zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti də daxil olmaqla, regional məsələlər müzakirə olunub. Ərdoğan İsveç və Finlandiyanın PKK/YPG-nin nəzarətində olan şəxslər və təşkilatlarla təmaslarının NATO-nun ruhuna uyğun gəlmədiyini bildirib.