Bayramov Brüssel görüşündən danışıb
26.05.2022
Brüssel görüşünü çox faydalı və məhsuldar hesab edirik.
"DM" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Afrika Gününə həsr olunan "Qoşulmama Hərəkatının qiymətləndirilməsində Afrika qitəsinin rolu” adlı konfransda deyib.
"Brüsseldə hər hansısa sənəd imzalanmasa da, çox yüksək səviyyədə bir sıra məsələlər müzakirə edilib. Bir sıra məsələlərdə mövqelər yaxın olub", - nazir vurğulayıb.