Ukrayna ordusu bu magistralı ruslardan təmizləyib
26.05.2022
Rus işğalçıları artıq Lisiçansk-Baxmut magistralına nəzarət etmirlər.
"DM" xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.
Onun sözlərinə görə, düşmənin diversiya-kəşfiyyat qrupu magistralda möhkəmlənə bilmişdilər.
"50 nəfərə yaxın idilər, hətta orada blokpost da qurmuşdular. Həmin blokpost dağıdılıb, diversantlar geri oturdulub. Artıq rus ordusu magistrala nəzarət etmir, amma hələ də oranı atəşə tutur. Baxmutdan Lisiçanska getmək olduqca çətindir”, - deyə Qayday bildirib.