21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rus ordusu bu çayda 400 əsgər itirib

26.05.2022

Ən azı 400 rus əsgəri Luqansk vilayətində Severski Donets çayını keçərkən artilleriya atəşi ilə məhv edilib.

Bu barədə "Nyu York Tayms” məlumat yayıb.

Məlumata görə, mayın əvvəlində çayı keçmək cəhdi Rusiya ordusu üçün bu müharibənin ən qanlı döyüşlərindən biri olub:

"Ruslar Severodonetskdə Ukrayna hərbçilərini mühasirəyə almağa çalışsa da, əvəzində onlar özləri mühasirəyə düşüblər. Döyüşlərdən sonra partladılmış tanklar, kəsilmiş budaqlar, ağaclardan asılmış rus hərbi geyimlərinin parçaları və yarısı palçıqda olan rus işğalçılarının cəsədləri çayın sahilində qalıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, Severodonetskin mühasirəsi rus qoşunlarının bilavasitə məqsədidir:

"Lakin Ukraynanın İzyum şəhəri yaxınlığında əsas yollardan birini bağlamasından sonra Rusiyanın şərqdə Ukrayna hərbçilərini mühasirəyə almaq cəhdləri davam edir. Ponton körpüsündə əks-hücuma rəhbərlik edən polkovnik Dmitri Kaşenkonun sözlərinə görə, Severski Donets çayı rus işğalçılarının irəliləməsi üçün təbii maneə yaradır və ponton keçidlərinin yaradılması üçün münasib yerlər azdır”.