03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ukraynanın əsas tələbi – NATO vermək istəmir

26.05.2022

NATO ölkələri arasında Ukraynaya müəyyən növ silahların tədarükündən çəkinmək üçün qeyri-rəsmi razılaşmalar var.

"DM" xəbər verir ki, bu barədə Almaniyanın DPA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, bu, Alyansın Rusiya ilə birbaşa hərbi qarşıdurma riski ilə bağlıdır:

"Ehtiyat olunur ki, Rusiya rəsmi olaraq Qərbin döyüş tankları və döyüş təyyarələrinin tədarükünü müharibəyə giriş kimi qiymətləndirə və buna cavab olaraq hərbi tədbirlər görəcək. Bu tip silah sistemləri hələ Ukraynaya çatdırılmayıb. Almaniya Sosial Demokrat Partiyasının parlament qrupunun məlumatına görə, bu qeyri-rəsmi razılaşma Berlinə məlumdur. Parlament qrupunun müdafiə siyasəti üzrə sözçüsü Volfqanq Helmiç bildirib ki, müdafiə komitəsi bu barədə mayın ortalarında tam məlumatlandırılıb”.

NATO rəsmisinin sözlərinə görə isə bütün təchizat qərarları son nəticədə ayrı-ayrı üzv ölkələrə aiddir:

"İndiyədək onlar Rusiyanın hücumu zamanı NATO-dakı tərəfdaşlarının tam dəstəyini ala bilməyəcəkləri qorxusundan qismən qeyri-rəsmi razılaşmalara sadiq qalıblar. Bu, səbəbdən, məsələn, Polşa iki aydan çoxdur ki, Ukraynaya Sovet MiQ-29 qırıcılarını verməkdən imtina edib. ABŞ Silahlı Qüvvələrinin Avropadakı baş komandanı Tod Daniel Uolters hələ mart ayında demişdi ki, MiQ-29 tədarükü yüksək riskli ssenaridir, çünki onlar Moskva tərəfindən yanlış qiymətləndirilə və Rusiya ilə NATO arasında gərginliyə səbəb ola bilər. Fransa Prezidenti Emmanuel Makron isə NATO-nun silah tədarükü ilə bağlı keçirilən xüsusi sammitindən sonra müharibənin iştirakçısı olmamağın bir həddi olduğunu bildirmişdi”.

Qeyd edək ki, Ukrayna alman tankları və qırıcılar verilməsini tələb edir.