Prezidentin xüsusi iclasda iştirakı gözlənilir
20.09.2018
Sabah - sentyabrın 21-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin təntənəli iclası keçiriləcək. Xüsusi iclasın saat 12:00-da başlayacaq.
Dövran Medianın məlumatına görə, təntənəli iclasda Prezident İlham Əliyevin iştirakı gözlənilir.
Qeyd edək ki, tədbirə 150 ölkənin parlamentinin nümayəndə heyəti qatılacaq. Bundan əlavə, 40-a yaxın ölkənin nümayəndəsinin də yubiley tədbirində iştirakı nəzərdə tutulur.