Belarus Rusiyaya silah tədarükünü təsdiqləyib
25.05.2022
Belarus Rusiyaya silah tədarük etməkdə davam edir.
Bu barədə Belarus Baş naziri Roman Qolovçenko deyib.
Baş nazir bildirib ki, Belarus silahlarına təkcə ölkə daxilində deyil, həm də Rusiyanın ehtiyacları üçün tələbat var:
"Bizim birgə proqramlarımız var. İndi biz mövcud olanı təkmilləşdirmək üzərində intensiv işləyirik, tədqiqat və təkmilləşdirmə işləri aparırıq”.
Qolovçenko Qərbin sanksiyaları səbəbindən hərbi sənaye kompleksi məhsullarının ixracında çətinliklərin olduğunu da etiraf edib:
"Buna görə də istehsalçılar idxalın əvəzlənməsi ilə məşğul olub, Rusiya istehsalçıları ilə əlaqələri gücləndiriblər”.