Moskva ölkədəki anqlo-sakson KİV-ə qarşı sanksiyalar paketi hazırlayır
25.05.2022
Moskva ölkədəki anqlo-sakson KİV-ə qarşı sanksiyalar paketi hazırlayır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"İndi biz Rusiya mediasına qarşı bu cür repressiv tədbirlərin görüldüyünü nəzərə alaraq, anqlo-sakson kütləvi informasiya vasitələrinə və orada çalışan jurnalistlərə qarşı bütöv bir tədbirlər paketi hazırlayırıq”, - Rusiya XİN sözçüsü vurğulayıb.