Fransa səfiri: “Azərbaycan-Ermənistan normallaşma perspektivi çox ümidvericidir”
24.05.2022
Sülh sazişi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması perspektivləri çox ümidvericidir.
Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross bildirib.
O qeyd edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin normallaşma prosesində şəxsən iştirak etməsi son dərəcə dəyərlidir.