03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bakı Qarabağı tam qaytaracaq – kimsə şübhə etmir!

24.05.2022

Delimitasiya və demarkasiya üzrə Birgə Komissiyanın işə başlaması məsələsi hələ keçən ay müzakirə edilmişdi və o zaman da nəticə olmalı idi, amma Ermənistan tərəfi razılaşmaları iki dəfə pozdu. Bildiyimiz kimi, delimitasiya prosesinin başlanması məsələsi hələ ötən ilin noyabrında Soçidə Putin, Əliyev və Paşinyan arasında üçtərəfli görüşün yekunlarına əsasən müəyyənləşdirilib. Yeri gəlmişkən, ötən həftə Rusiya XİN-i Bakı ilə İrəvan arasında delimitasiya komissiyasının formalaşdırıldığını bəyan etmişdi. Məhz bu səbəbdən Brüsseldə irəliləyişdən danışmaq mümkün deyil.

Bu fikirləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov da bölüşüb.

"Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında real olaraq maraqlıdır, çünki bu ölkələrdə böyük rus icmaları mövcuddur. Moskva sülh, əməkdaşlıqda, Cənubi Qafqazın inkişafında, sabitliyində maraqlıdır. AB-nin məqsədi isə yalnız Rusiyaya təcavüz etmək, Rusiyanı prosseslərdən uzaqlaşdırmaqdır. Rusiya və AB tamamilə fərqli motivasiyaya malikdirlər.

Mənim fikrimcə, bu Brüssel danışıqlarında da məhz Azərbaycanın güclü mövqelərdən çıxış etdiyini bir daha izləyə bildik. Biz bunu əvvəllər də görmüşük. Yəni İrəvan rəsmi Bakının xoşuna gəlməyən heç bir təxribatçı bəyanatlara yer vermədi.

İlham Əliyev qarşıya məqsəd qoyub və ona nail olacaq, o, sakitcə qoyduğu məqsədlərinə doğru irəliləyir. Artıq heç kimdə bir şübhə yoxdur ki, bütün Qarabağ son nəticədə Azərbaycanın tam legitim suverenliyinə qayıdacaq. Bunun üçün Azərbaycanın nəhəng diplomatik resursları və güclü ordusu var”, - deyə rusiyalı ekspert qeyd edib.