Kapalıçarşıda yeddi nəfərin yaralandığı atışmanın səbəbi məlum olub - FOTO
24.05.2022
İstanbulun Beyazıt qəsəbəsində, tarixi Kapalıçarşının düz yanındakı küçədə iş yerləri olan iki mağaza sahibinin 10 ay əvvəl baş verən "tüpürcək” mübahisəsinə görə bir-birinə düşmən olduğu ortaya çıxıb.
Piştaxtanın önünə tüpürdükləri səbəbilə bir-birilərinə qarşı ədavət bəsləyən iki mağaza sahibinin düşmənçilik hissləri yenidən alovlanıb və nəticədə Kapalıçarşıda ortaya çıxan atışmada biri polis olmaqla yeddi nəfər yaralanıb. Polis 27 şübhəlini saxlayıb.
Yaralananlar arasında Türkiyədə yaşayan azərbaycanlı aktyorun da olduğu və onun həyatını xilas etməyin mümkün olmadığı bildirilir.
Hadisə ilə bağlı araşdırma davam edir.