Türkiyədə dollar son altı ayda ən yüksək səviyyəyə qalxıb
24.05.2022
Türkiyədə ABŞ dolları son altı ayın ən yüksək səviyyəsinə çatıb.
Səhər saatlarında məzənnə bir ABŞ dolları üçün 16,04, avro - 17,20, funt-sterlinq - 20,20 lirə olub.
Dolların bahalaşmasına paralel olaraq qızılın bir qramının qiyməti 955 lirə səviyyəsinə yüksəlib.
Türkiyədə ötən ilin dekabr ayında bir ABŞ dolları 18 lirədən 10 lirəyə düşmüşdü.
Mənbə: Sondakika