21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şamaxıda türkdilli ölkələrin turizm nazirlərinin toplantısı keçirilir

24.05.2022

Bu gün Şamaxı şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin turizm nazirlərinin 7-ci toplantısı işə başlayıb.

"DM” xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Macarıstanın turizm nazirləri və TDT-in baş katibi Bağdad Amreyev iştirak edir.

Toplantını giriş sözü ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açıb. O, bildirib ki, koronavirus (COVID-19) pandemiyası Azərbaycanın turizm sektoruna mənfi təsir edib, bununla belə, bərpa prosesi başlayıb:

"Bu ilin 4 ayında ölkəmizə gələn turistlərin sayı ötən ilin eyni dövrünə nisbətən 103% artıb”.

Bundan başqa, onun sözlərinə görə, Ermənistan uzun illər işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni-tarixi abidələri dağıdıb, vandalizmə məruz qoyub:

"Qarabağ işğaldan azad edildikdən sonra burada bərpa işləri başlayıb. Paralel olaraq işğaldan azad edilmiş ərazilərin turizm potensialı araşdırılır. Əminəm ki, Qarabağ tezliklə turistlərin ən çox səfər edəcəyi destinasiya olacaq”.

Bugünkü toplantı çərçivəsində ötən gün Şamaxıda TDT-nin turizm üzrə İşçi Qrupunun 17-ci iclası keçirilib.