Korıbko: Sülhməramlılar Qarabağdan çıxacaqmı?
24.05.2022
Amerikalı siyasi ekspert Endryu Korıbkonun müsahibəsi:
- Brüssel görüşü hazırda regionun əsas mövzusudur. Hadisələrin gələcək inkişafını necə görürsünüz?
- Qeyri-qanuni silahlı erməni qruplaşmalarının hərəkətə keçmə və stabilliyi pozmaları ilə bağlı risk həmişə var, lakin hər şeyi nəzərə alsaq, situasiya ümumilikdə sabit görünür.
- Brüssel görüşündən sonra sərhədlərin delimitasiya və demarkasiya prosesi sürətlənib, hər iki tərəf artıq komissiya yaradıb. Qarşıda prosesə mane olma cəhdləri mümkündürmü?
- Hazırda ən böyük qeyri-müəyyənlik qeyri-qanuni silahlı erməni qruplarının statusudur. Qaranlıq məqamlardan biri də Rusiya sülhməramlılarının nəzarət etdiyi regionda etnik qrupların Azərbaycana tam inteqrasiyası zamanı xüsusi status əldə etmək məqsədləri ilə bağlıdır.
- Sizcə, müddətin sonunda sülhməramlılar bölgədən çəkiləcəkmi?
- Buna cavab vermək hələ tezdir.