Rus diplomat istefa verib
23.05.2022
Rusiyanın Cenevrədə BMT-dəki missiyasının müşaviri Boris Bondarev istefa verib.
Bu barədə "Deyli Express” məlumat yayıb.
Boris Bondarev açıq şəkildə Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni pisləyərək, istefa verib. Diplomat həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovu yalan və qeyri-peşəkar işlədiyinə görə tənqid edib:
"İşlədiyim 20 il müddətdə xarici siyasətimizin müxtəlif dönüşlərini müşahidə etmişəm, lakin heç vaxt ölkəmdən və işimdən utanmamışam. Amma 24 fevraldan sonra mən bunu yaşadım. Hazırda XİN diplomatiya ilə məşğul deyil, o yalnız yalan səpir, nifrət yaradır və müharibəni qızışdırmaqla məşğuldur. Bu gün dövlət qulluğunda qalıb fəlakət dolu siyasi yolla getmək vətənə xəyanət etmək deməkdir”.