Rusiyada hərbçilərə hücum edilib: 1 ölü, 3 yaralı
23.05.2022
Rusiyanın İrkutsk şəhərində hərbçilərlə mülki şəxslər arasında dava baş verib.
"DM" xəbər verir ki, bu barədə "Baza” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə hadisə mayın 22-də xırda mübahisədən baş verib. Qarajda yeyib-içən 5 hərbçiyə səy-küy saldıqları üçün bina sakinləri tərəfindən xəbərdarlıq edilib. Lakin hərbçilər sakinlərin sözlərinə məhəl qoymayıblar və bundan sonra tərəflər arasında dava başlayıb. Əllərində soyuq silah olan gənclər hərbçilərə hücum ediblər. 33 yaşlı hərbçi Sergey Kuzin aldığı yaralardan yerindəcə ölüb, onun digər hərbçi yoldaşları isə aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Hücum edənlər axşam vaxtı yalnız xüsusi təyinatlıların yardımı ilə tapılıblar.