ATƏT-dən Əliyev Paşinyan görüşünə reaksiya
23.05.2022
Biz Avropa Birliyinin (AB) yardımı ilə Azərbaycan və Ermənistan tərəfləri arasında görüşü alqışlayırıq.
"DM" xəbər verir ki, bu barədə ATƏT-ə sədrlik edən Polşanın Tvitter səhifəsində paylaşılıb.
"Birbaşa dialoq münasibətlərin normallaşdırılması və hərtərəfli sülh sazişinin hazırlanması üçün ilkin şərtdir. Biz Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyini təmin etmək üçün göstərilən səylərə kömək etməyə hazırıq”, - məlumatda vurğulanıb.