Rusiya XİN NATO-nun Moldovaya silah tədarükündən narahatdır
23.05.2022
NATO-nun Moldovaya silah tədarük etmək niyyəti Moskvada suallar doğurur.
Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"Bizi Böyük Britaniyanın bəyanatı yox, Kişinyovun mümkün reaksiyası təəccübləndirdi. Biz bunu izləyəcəyik. Çünki Moldova konstitusiyasında onun bitərəf bloklara qoşulmamaq statusu aydın şəkildə yazılıb. NATO üzvü olan dövlətin ora silah-sursat tədarükü əlbəttə ki, suallar doğurur”, - rusiyalı diplomat vurğulayıb.
Qeyd edək ki, Böyük Britaniyanın xarici işlər naziri Liz Trass "Telegraph”a müsahibəsində bildirib ki, Böyük Britaniya və digər NATO ölkələri Moldovaya silah tədarükünün mümkünlüyünü müzakirə edirlər. Onun sözlərinə görə, bu tədbir ölkəni Rusiyadan gələn "işğal təhlükəsi”ndən qorumaq məqsədi daşıyır.