Azərbaycanda qanunla bağlı MOBİL TƏTBİQ
23.05.2022
Yaxın vaxtlarda Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək.
Bu sözləri Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə "Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, bu tətbiq vasitəsilə vətəndaşlar qanunvericilk aktları, sənədlərlə tanış ola biləcəklər.
"Eyni zamanda doğum və ölüm faktlarının dəqiq statistikasının aparılması çox vacibdir. Pandemiya dövründə biz bununla bağlı çəinliklərlə üzləşmişdik. Nəticədə çox vacib işlər gördük. Vurğulayım ki, hazırda doğum və ölümün statistikasının aparılması ilə bağlı heç bir problem yoxdur. Bu halların dəqiqələr içində uçotu aparılır”.