Rusiya bu ölkədən 8 min əsgərini çıxarıb
23.05.2022
Rusiya Suriyadakı hərbi qüvvələrinin əksəriyyətini bu ölkədən çıxarıb.
"DM" xəbər verir ki, qoşunlar Hasekə, İdlib, Hama, Lazkiyə, Hələb, Menbiç, Tel-Rıfat və Eyn əl-Ərəbi artıq tərk ediblər.
Suriya ordusunun sözçüsü Yusif Hamud Fərat çayının şərqindəki iki bazada olan rus komandolarının Menbiç-Arimə bölgəsinə çəkildiklərini deyib.
Onun sözlərinə görə, rusların boşaltdığı PKK-nın işğal zonasında ABŞ-ın kəşfiyyat vasitələri dolaşır.
Məlumata görə, fevralın 24-də Ukraynaya qarşı miqyaslı hücumdan bəri Rusiya "Vaqner” muzluları da daxil olmaqla, Suriyadan 6-8 min hərbçini çıxarıb. Hazırda olan məlumata görə, Suriyada "kadırovçular”la birlikdə Rusiyanın 6500-7000 min nəfərlik hərbi gücü qalıb.
2015-2022-ci illər arasında Suriyada 70 min rus hərbçisi xidmət edib.